Koronavirus məhdudiyyətlərindən yayınmaq üçün toyu təyyarədə qeyd etdilər – VİDEO

07:40 26-05-2021 467

Hindistanın Tamilnad ştatından gənc cütlük toy mərasimlərinin uçuş həyata keçirən təyyarədə qeyd ediblər. Mərasimdə 160 qonaq iştirak edib.

Bu barədə “The Times of India” xəbər yayıb.

Məlumata görə, ştatda koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib, qaydalara əsasən toy mərasiminə ancaq 50 qonaq dəvət edilə bilər. Bu səbəbdən gənclər toylarını səmada qeyd etmək qərarına gəliblər.

Bildirilir ki, nikah mərasimi “SpiceJet” şirkətinə məxsus təyyarə Maduraydan havaya qalxdıqdan iki saat sonra başlayıb. Mərasim bitənədək təyyarə havada dövr edib və sonra yenidən Maduray şəhərinə qayıdıb.

Baş verənlər Hindistanın aviatənzimləyiciyi olan Mülki Aviasiya üzrə Baş direktorun diqqətini cəlb edib.

Məlumata görə, reysdə iştirak edən bütün heyət üzvləri işdən çıxarılıb. Sərnişinlərə isə ömürlük uçuş qadağası qoyula bilər.