Nəsli kəsildiyi düşünülən su samurlarının nümayəndələri tapılıb - FOTO/VİDEO

07:20 27-05-2021 534

Nəsli kəsildiyi düşünülən nəhəng su samurunun nümayəndələri tapılıb.

“The Guardian”ın məlumatına görə, bu barədə Argentinada Vəhşi Təbiət Fondunun nümayəndələri bəyan ediblər.

Su samurları Bermexo çayında aşkarlanıb.

Mütəxəssislər, su samurularının sağ qalması barədə iki nəzəriyyə irəli sürüblər.

Birincisinə görə, heyvanlar Paraqvayın Pantanal şəhərindən Argentinaya köç ediblər, çünki bu bölgələri uzun çay sistemi birləşdirir.

İkinci nəzəriyyə görə, su samurları bütün bu dövrlərdə Argentinada yaşayıb, lakin elm adamlarının gözündən uzaq olub.