Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı həll planı təqdim edəcək

18:20 27-05-2021 524

Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan yaxın zamanda ölkəsinin Azərbaycanla sərhədindəki vəziyyətin həlli ilə bağlı plan təqdim etməyi düşünür.

TASS xəbər verir ki, bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.

“Tezliklə sərhədyanı vəziyyətin sülh yolu ilə həlli üzrə plan təqdim edəcəyəm. Əminəm ki, bu, beynəlxalq ictimaiyyətin dəstəyilə qısa zamanda və qarşılıqlı faydalı şəkildə həyata keçirilməsi mümkün olan bir məsələdir”, -deyə Paşinyan qeyd edib.