Yanğınsöndürən maşın binanın bir tərəfindən girib o biri tərəfindən çıxdı - FOTO/VİDEO

03:40 29-05-2021 534

Filadelfiyada yanğınsöndürən maşın tam sürətlə evə çırpılaraq binanın içindən keçib.

Tvzvezda.ru bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, sürücü avtomobillə toqquşduqdan sonra idarəetməni itirib.

Həmin vaxt küçədə və evdə heç kim olmayıb, yalnız maşında olanlar xəsarət alıblar.

Dörd yanğınsöndürən və sürücü xəstəxanaya yerləşdirilib.

Binanın zədələnməsindən sonra evin konstruksiyalarının çökə biləcəyi ehtimalına görə, yanğınsöndürən maşının bir müddət binanın içində qalmasına qərar verilib.