Nazarbayevin qızı basketbol bacarığını nümayiş etdirib – FOTO

07:00 29-05-2021 476

Qazaxıstan Parlamentinin deputatı Dariqa Nazarbayeva basketbol bacarıqlarını nümayiş etdirib.

Bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb.

Kadrda Nazarbayevanın basketbol səbətinə top atdığı an əks olunub.

Məlumata görə, Nur-Sultanda park açılışında iştirak edərkən uşaqlardan biri ona basketbol topu hədiyyə edib. Bundan sonra Nazarbayeva maraq xatirinə topu səbətə tərəf atıb.

Paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb.