Yanğınsöndürənlər ölümdən son anda xilas oldu - VİDEO

05:00 02-06-2021 521

Tümendə yanğını söndürməyə gedən yanğınsöndürənlərin özləri yanma təhlükəsi ilə üzləşiblər.

“Podyom” “Telegram” kanalı bununla bağlı kadrları paylaşıb.

“Sağ qaldıq, iki dəqiqə əvvəl az qala ölmüşdük”, - deyə onlardan biri bildirib.

Məlumata görə, yanğına nəzarət itdikdən sonra, alov şiddətlənərək onların çadırlarına qədər gəlib. Xilasedicilər əvvəlcə səngər qazıb gizlənmək istəsələr də mümkün olmayıb. Sonda yanğınsöndürənlər çayda gizlənməli olublar. Buz kimi suyun içində onlar təqribən bir saat qalıblar.

Yanğınsöndürənlərin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.