Zəncirdə olan itin başına 15 dəfə atəş açdı - FOTO/VİDEO

03:40 04-06-2021 543

Rusiyanın Birobican şəhərinin sakini həyətdə zəncirdə olan itə 15 dəfə atəş açıb.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, güllələrin hamısı onun başından dəysə də, xoşbəxtlikdən kəllə sümüyünü deşməyib.

Hadisə ilə əlaqədar kişiyə qarşı cinayət işi açılıb.

İt isə baytar klinikasındadır. Baytarlar onun sağalacağına ümid edirlər.