Bakıda evdə yanğın olub

21:20 13-06-2021 367

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 126 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 8 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;