Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb
19:20 21-06-2021 497
Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 21-də Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.
Bu barəd Nazirlər Kabineti məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edildi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.