Gördüyü yuxu gənci zəngin etdi

04:20 26-06-2021 439

ABŞ-ın Kanzas ştatında Silver Lake şəhərinin sakini gördüyü yuxu sayəsində zənginləşib.

Bu barədə UPI xəbər agentliyi məlumat verib.

Bildirilir ki, Meyson Krentz yuxuda 25 min dollar (42 500 manat) qazandığını görüb. İki gün sonra o  lotereya bileti alıb və yuxuda gördüyündən üç dəfə çox - 75 min dollar (127 500 manat) mükafat qazanıb.

“Böyük məbləğ qazanacağımı düşünmürdüm, çünki yalnız bir nömrə uyğun gəldi, amma sonra mükafatımın 75 min dollar olduğu ortaya çıxdı”, - deyə o bildirib.

Krentz pul ilə həyat yoldaşına avtomobil və torpaq sahəsi almağı planlaşdırıb. Qalan pulu isə Pay Fonduna yatırmağı düşünür.

“Əgər ev tikməyə qərar versək, pula ehtiyacımız olacaq”, - deyə o bildirib.