“Caliber” Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş verilişi təqdim etdi - VİDEO

16:20 26-06-2021 499

“Caliber” “Youtube” layihəsi Azərbaycanın Silahlı Qüvvələr Gününə həsr olunmuş proqramı təqdim edib.

“Biz bu gün tam əminliklə deyə bilərik ki, müstəqilliymizi bərpa etdikdən keçən dövr ərzinda ilk dəfədir ki, təmiz vicdanla və qəlbimizdə heç bir xal qalmadan Azərbaycan Silahlı Qüvvələr gününü qeyd edirik”, - deyə layihənin yaradıcılarından biri, jurnalist Heydər Mirzə bildirib. Bundan sonra o, Azərbaycan ordusunun qüdrətindən və Vətən müharibəsində şanlı zəfərindən danışıb.

Proqramda həmçinin Ermənistanda başa çatan növbədənkənar parlament seçkilərinə və Nikol Paşinyanın qələbəsinə toxunulub.