Culiya Robertsin ərinin paylaşımı narazılıq yaratdı - VİDEO

18:40 26-06-2021 558

Hollivudun ən gözəl və istedadlı aktrisalarından biri olan Culiya Robertsin həyat yoldaşı  Deni Moderin kiçik oğlu Henrinin 14 yaşı münasibəti ilə paylaşdığı videosu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Bu barədə “Hürriyet” xəbər verib.

Bildirilir ki, kadrlarda yeniyetmənin skeytbordla məşğul olduğu anlar qeydə alınıb. Bir çox istifadəçilər oğlanın atası ilə bənzərliyini vurğulasa da, bəzilərinin diqqətini başqa şey cəlb edib. Belə ki, Henrinin başında dəbilqəsi olmayıb, bu isə izləyicilərin narazılığına və tənqidlərə səbəb olub.