Evdən aşkarlanan unudulmuş əsər ailəni milyonçu etdi - FOTO

03:00 02-07-2021 424

İlin əvvəlində aşkarlanan və sonradan 18-ci əsrin məşhur rəssamı Jan-Onore Fraqanora məxsus olduğu öyrənilən əsər hərraca çıxarılıb.

Bu barədə UPI məlumat verib.

Hərrac zamanı lotun dəyəri 9,1 milyon dollara (15,4 milyon manat) çatıb. Alıcının kimliyi açıqlanmayıb.

Əsər Fransanın Marna departamentində bir ailənin miras aldığı evdən aşkarlanıb.

“Philosopher Reading” adlı əsər bir neçə əsr həmin evin divarında olub.

Ailə əsəri mütəxəssislərə göstərib. Onlar rəssamın xarakterik imzasını dərhal tanıyıblar. Mütəxəssislərin fikrincə, əsər 1770-ci illərdə çəkilib.