HİKMƏTLİ SÖZLƏR
Tahir Hüseyn
Bağışlayan və Rəhm edən Allahın adı ilə
*Ən üstün insan ədalətli insandır.
*Qəlbin dilədiyi qalar,
Qəlibin elədiyi qalar.
*Anlayanlar üçün bu dünya müvəqqəti,
Anlamayanlar üçün əbədi məskəndir.
*Keçmişəm, indiyəm, gələcəyəm,
Kiməm, məşhər günü bilinəcəyəm.
*İnsan düşünərək doğru yola gedirsə xilas olar,
İnsan düşünərək batil yola gedirsə iflas olar.
*Öz evinə oğul ola bilməyən,
öz elinə oğul ola bilməz.
*Dünyada haramlara həris olanlar,
Axirətdə nemətlərə varis ola bilməzlər.
*Kamil insan imanıyla ucalar,
Cahil insan gümanıyla alçalar.
*Söz kamil insanın dilində bəhər olar,
Söz cahil insanın dilində zəhər olar.
*Kamil insan fəzilətlərlə tanınar,
Cahil insan rəzalətlərlə tanınar.
*Kamil insan mərifətlə yaşayar,
Cahil insan rəzalətlə yaşayar.
*Kamil insan hal əhli olar,
Cahil insan kal əhli olar.
*Qəlbi sındıranlar-Qəlbi və sahibin tanımayanlardır.
*Haqqa sarı gedən bir yol var,
Gedən çatar, duran batar.
*Saleh qul, saleh əməl edər,
Saleh qul doğru yolla gedər.
*Qəlb gözü ilə görənlər anlayanlardır,
Anlayanlar öz nəfsini danlayanlardır.
*“Təsir əks təsirə bərabər”,
Kim nə etsə əvəzini görər.
*Doğru danışanın qorxusu olmaz,
Yalan danışanın yuxusu olmaz.
*Sevgi ilahi nemətdir,
Sevgi bizə əmanətdir.
*Sevgi varsa kifayətdir,
Sevgi yoxsa nifrətdir.