Prokurorluğun xəzinə hesabına köçürülən vəsaitdən istifadə istiqamətləri açıqlanıb
18:40 16-07-2021 567
Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə istiqamətləri açıqlanıb.
Vəsaitin prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:
- işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına;
- bütün işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə;
- işçilər üçün kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə.