Tələbə kreditinin ilkin verilmə tarixi AÇIQLANDI

18:20 28-07-2021 38

“Təhsil tələbə kreditlərinin faizləri ilə bağlı məsələ öz həllini tapmalıdır”.

HerGun.Az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini İdris İsayev bildirib.

Onun sözlərinə görə, tələbə kreditinin maksimal məbləği müəyyən edilməlidir:

“Daha sonra banklar və Təhsil Tələbə Krediti Fondu arasında sənəd mübadiləsi ilə bağlı siyahı müəyyənləşdiriləcək”.

Nazir müavini qeyd edib ki, dövlət büdcəsindən tələbə krediti üçün 80 milyon manatın ayrılması nəzərdə tutulub:

“Çalışırıq ki, kreditlərin verilməsi sentyabrdan başlansın”.

İlhamə Əbülfət