Kənan Doğuludan romantik paylaşım – FOTO
04:40 30-07-2021 656
Türkiyəli məşhur müğənni Kənan Doğulu aktrisa Beren Saatla evliliklərinin ildonümü münasibəti ilə paylaşım edib.
O “Instagram” hesabında toy günündən foto paylaşıb.
“Səni çox sevirəm, canım sevgilim, oyun yoldaşım, eşq ortağım. Həmişə belə baxaq bir-birimizə, ilk gündəki kimi”, - deyə o, paylaşmına əlavə edib.
Qeyd edək ki, 2014-cü ildə ailə quran məşhur cütlük bir neçə dəfə boşanacaqları xəbəri ilə gündəmə gəliblər.