Abşeronda qadın əri tərəfindən boğazından bıçaqlanaraq qətlə yetirilib

01:00 31-07-2021 489

Abşeron rayonunda qətl hadisəsi törədilib.

“Report” xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Əliyeva Nailə Məcnun qızı evində mübahisə zamanı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.