Öz dəfnində ayılan kişi qohumlarını şoka saldı - VİDEO

03:00 03-08-2021 34

Livanlı kişi öz yas mərasimində oyanaraq ətrafdakılara şok yaşadıb.

Bu barədə “Daily Star” xəbər yayıb.

Məlumata görə, hadisə Bekaa əyalətinin El-Hirmil şəhərində baş verib. Dəfndən əvvəl “mərhumla” vidalaşmağa gələn qohumları “ölünün” nəfəs aldığını və tərpəndiyini görüblər. O, dərhal xəstəxanaya aparılıb, həkimlər lazımi tibbi yardımı göstəriblər.

Kişi hazırda sağdır. Onun ölmüş kimi qeyd olunmasının səbəbləri araşdırılır.