Aİ-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin olundu
17:40 04-08-2021 588
Peter Mixalko Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin edilib.
Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.
“Peter Mixalko hazırda Avropa İttifaqının Moldova Respublikasındakı Nümayəndəliyinin rəhbəridir. O, daha əvvəl Slovakiyanın Yunanıstan Respublikasındakı səfiri vəzifəsində çalışıb”, - deyə qurumdan bildirilib.