Dünyaca məşhur serialın çəkildiyi studiyada yanğın baş verib - VİDEO

06:00 06-08-2021 535

“Netflix”in Nyu-Meksikodakı “Stranger Things”  (“Qəribə şeylər”) serialının 4-cü sezonunun çəkildiyi studiyada yanğın baş verib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Məlumata görə, yanğının söndürülməsinə 13 vahid texnika cəlb olunub. Studiyada film çəkilişləri üçün nəzərdə tutulan bir çox ev yanaraq külə çevrilib.

Səhərə qədər davam edən yanğında nə yanğınsöndürənlər, nə də studiya işçiləri xəsarət almadığı vurğulanıb.

Qeyd edək ki, “Stranger Things” - Daffer qardaşları tərəfindən “Netflix” platforması üçün yaradılmış ABŞ elmi fantastika və qorxu teleserialıdır. Film “Ən yaxşı dram serialı” nominasiyası daxil olmaqla 31 dəfə “Praym-taym” “Emmi” mükafatı və 4 dəfə “Qızıl qlobus” mükafatı laureatı olub. 2016-cı ildə “Dram serialında aktyor heyəti tərəfindən ən yaxşı performans”a görə “Ekran Aktyorları Gildiyası mükafatı”na layiq görülüb.