Pərviz Nəsibova Ukraynada avtomobil bağışlandı - FOTO
14:40 07-08-2021 636
Ukraynanın yunan-Roma güləşi üzrə millisinin Azərbaycan əsilli idmançısı Pərviz Nəsibova avtomobil hədiyyə olunub.
Ona Kiyevdə “Volkswagen” markalı avtomobil verilib.
Pərviz Nəsibovun HerGun.Az-a açıqlamasına görə, bunu hansısa azərbaycanlı yox, ukraynalı tanışlarından biri edib.
Qeyd edək ki, Pərviz Nəsibov Tokio Olimpiadasında 67 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Səbuhi Musayev