Azərbaycanın Olimpiadanın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşdi - ÖZƏL
21:20 07-08-2021 447
Azərbaycanın Tokio Olimpiadasının bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib.
HerGun.Az-ın əldə etdiyi məlumata görə, bu, Olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyevdir.
Sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq bağlanış mərasimində Azərbaycan bir bayraqdarla təmsil olunacaq.
Qeyd edək ki, iyulun 23-də keçirilmiş açılış mərasimində Azərbaycan bayrağını iki idmançımız birgə daşımışdı. Bunlar cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova idi. Lakin hər iki idmançımız medal qazana bilməyib.
Səbuhi Musayev