“Suicide Squad” filminin ən çətin səhnəsi açıqlandı - FOTO

23:20 11-08-2021 492

Rejissor Ceyms Gann “Suicide Squad” filminin ən çətin səhnəsi haqqında danışıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Rejissorun sözlərinə görə, bu Harli Kvinin (Margo Robbi) tutulduğu, bağlı əlləri ilə tavandan asıldığı epizod olub. Süjetə görə o, mühafizəçini zərərsizləşdirməyi bacarır, bundan sonra ayaq barmaqları ilə açarı çıxarır, özünü yuxarı çəkir və ayağı ilə kilidi açır.

“Bunun Robbi üçün ən çətin iş olacağı gözlənilirdi, amma o, öhdəsindən gələ bildi. Marqo qatlana bilən cib bıçağı kimidir… Onu izlədim və əzabı çəkilişdə ən sevdiyim gün oldu”, - deyə Gann bildirib.

Qeyd edək ki, “Suicide Squad” filminin ikinci hissəsini premyerası avqustun 6-sı baş tutub. Blokbasterdə Margo Robbi, Yuel Kinnaman və Silvester Stallone oynayır.