Bakıda qadın qaynı tərəfindən bıçaqlandı

00:20 16-08-2021 513

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 2-ci Zabrat qəsəbəsi, Əzizbəyov küçəsində qeydə alınıb.

1965-ci il təvəllüdlü Babayeva Səmiyyə Məhəmməd qızı qəfil yaşadığı evdə qaynının bıçaqlı hücumuna məruz qalıb.

Qadın sol döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.