Bu il Azərbaycana xaricdən nə qədər ət gətirilib? - RƏSMİ

18:00 16-08-2021 468

2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana 22 142 ton həcmində ət idxal edib.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmiz bu məhsulun xaricdən alışını 22,8 faiz azaldıb.

İdxal olunan məhsulun ümumi dəyəri isə 37 920 610 dollar olub ki, bu məbləğ 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,1 faiz azdır.

Təkcə iyul ayı ərzində Azərbaycan xaricdən 3 833 ton ət idxal edib ki, həmin məhsulun ümumi dəyəri 6 037 000 dollar olub.

Nigar Məmmədova