Azərbaycan ilə Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

20:40 17-08-2021 444

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev İstanbulda keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Belarusun Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bir sıra digər məsələlər də müzakirə edilib.