“Haber Global”dan vətənə qayıdan yanğınsöndürənlərimizlə bağlı reportaj: “Bütün Türkiyə duyğulandı” - VİDEO

11:40 18-08-2021 734

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının mübarizəsi bütün Türkiyəni duyğulandırıb.

Bu barədə “Haber Global”ın azərbaycanlı yanğınsöndürənlərlə bağlı reportajında qeyd edilir.

Bildirilir ki, qardaş Türkiyədə baş vermiş meşə yanğınlarını söndürmək üçün səfərbər olan yanğınsöndürənlərimiz vətənə qayıdarkən də sevgi ilə yola salınıblar.

Türkiyəli vətəndaşlar yanğınsöndürənlərimizin qayıtdıqları yollara düzülərək onlara hədiyyələr verib və sevgilərini bildiriblər.