Nazirliyin avtomobilləri 2530 manatdan satılıb - QİYMƏTLƏR + FOTO

15:20 18-08-2021 516

Avqustun 17-də təşkil olunan hərracda 13 dövlət əmlakı özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən HerGun.Az-a verilən məlumata əsasən, onlardan biri səhmdar cəmiyyətinin səhmləri, biri kiçik dövlət müəssisəsi, 11-i isə nəqliyyat vasitəsidir.

Bugünkü hərracda nəqliyyat vasitələrinə daha böyük maraq müşahidə olunub və nəqliyyat vasitələrinin hərracı rəqabətli mühitdə keçib.

Bildirək ki, hərraca çıxarılan avtomobillərin yekun satış qiyməti isə 2530 manatdan başlayıb və 10 000 manat qədər artıb. Yəni, hərracda ən ucuz avtomobil 2530 manatdan öz sahibini tapıb.

Xatırladaq ki, bu avtomobillərin hərraca çıxarılan ilkin satış qiyməti 2500 manatdan başlayıb və 10000 manata qədər olub.

Qeyd edilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.