Xızı sakini heroinlə saxlanıldı

18:40 03-09-2021 523

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən narkotik tərkibli maddə olan heroini üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Ruhulla Baxşıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə Xızı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin üzərinə baxış keçirilən zaman xeyli miqdarda heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.