Fransa xal itirdi, Türkiyə və Niderlanddan asan qələbə - VİDEO

01:40 05-09-2021 463

DÇ-2022-nin seçmə mərhələsində V turun daha 7 oyunu keçirilib.

Qarşılaşmalar D, F, G və H qruplarında baş tutub.

D qrupunda Fransa səfərdə Ukraynanın müqavimətini qıra bilməyib - 1:1.

F qrupunda İsrail Avstriyanı, Şotlandiya Moldovanı, Danimarka isə Farer adalarını məğlub edib.

G qrupunda yer alan Türkiyə millisi səfərdə Cəbəllütariqlə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 3:0 qələbəsi ilə başa çatıb. Qolları 54-cü dəqiqədə Halil Dervişoğlu, 65-ci dəqiqədə Hakan Çalhanoğlu, 83-cü dəqiqədə isə Kenan Karaman vurub. Bu qrupun digər görüşündə Niderland evdə Monteneqronu darmadağın edib.

H qrupunda isə Xorvatiya səfərdə Slovakiyaya qalib gəlib.

DÇ-2022, seçmə mərhələ
V tur

D qrupu
Ukrayna - Fransa - 1:1
Qollar:
 Nikolay Şaparenko, 44 - Antoni Marsyal, 50

F qrupu
Farer adaları - Danimarka - 0:1
Qol:
 Yonas Vind, 85

İsrail - Avstriya - 5:2
Qollar:
 Manor Solomon, 5, Munas Dabbur, 20, Eran Zahavi 33; 90, Şon Veysman, 59 - Kristof Baumqartner, 42, Marko Arnautoviç, 55

Şotlandiya - Moldova - 1:0
Qol:
Dayks, 14

G qrupu
Niderland - Monteneqro - 4:0
Qollar:
 Memfis Depay, 38 (penalti); 62, Corcinyo Veynaldum, 70, Kodi Qakpo, 76

Cəbəllütariq - Türkiyə - 0:3
Qollar:
 Halil Dervişoğlu, 54, Hakan Çalhanoğlu, 65, Kenan Karaman, 83

H qrupu
Slovakiya - Xorvatiya - 0:1
Qol:
 Marselo Brozoviç, 86