Braziliya Futbol Konfederasiyası Argentina ilə oyunda baş verənlərlə bağlı açıqlama verib

12:40 06-09-2021 423

Braziliya Futbol Konfederasiyası 2022 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Argentina ilə oyunun dayandırılmasının ardından açıqlama yayıb.

Futbol Konfederasiyasının saytında dərc olunan açıqlamada qeyd olunur ki, qurum dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya-Argentina matçının dayandırılmasına səbəb olan hadisədən dərin təəssüf hissi keçirir.

Məlumatda görə, Braziliya Futbol Konfederasiyası qəbul edilən sağlamlıq protokollarına tam riayət edir.

Xatırladaq ki, FIFA 2022-ci il Dünya Çempionatınin seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya və Argentina yığmaları arasındakı seçmə oyunun dayandırılıb.

Qeyd edək ki, bu matçda İngiltərə Premyer Liqasında çıxış edən Argentinanın dörd futbolçusu (“Totenhem”dən Covani Lo Selso, Kristian Romero, “Aston Vila”dan Emiliano Martines, Emiliano Buendia) hoteldə karantində qalmalı olsa da, stadiona gəliblər. Belə ki, Braziliya hökuməti Böyük Britaniyanı “qırmızı zona” ölkəsi elan etdiyindən, yerli qanunla oradan gələnlər 14 günlük karantində qalmalıdırlar.