Neftçalada avtomobil motosikletlə toqquşub, xəsarət alan var

00:40 17-09-2021 321

Neftçalada bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin M.Ə.Sabir küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Neftçala şəhər sakini, 1963-cü il təvəllüdlü Əliyev Hilal Bilal oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.