“Barselona” 400 milyon avrodan çox vəsait itirib

14:00 17-09-2021 435

“Barselona”nın rəhbərliyi klubun idarə heyətinin toplantısından sonra bu gün bəyanat yayıb.

İspaniya klubu 2020-2021-ci il mövsümündə 481 milyon avro vəsaitdən məhrum olduqlarını açıqlayıb.

İdarə heyəti klubun cari mövsüm üçün büdcəsini 765 milyon avro məbləğində təsdiqləyib.

Oktyabrın 6-da isə klub maliyyə problemlərindən məsul olan şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalara başlayacaq.

Mənbə: “Barselona” klubunun rəsmi internet saytı