Messi idman köynəyini Roma Papasına hədiyyə etdi – FOTO

23:20 18-10-2021 485

PSJ-nin hücumçusu Lionel Messi imzalı idman köynəyini Roma Papası Fransiskə hədiyyə edib.

Hədiyyəni Papaya Fransanın baş naziri Jan Kasteks şəxsi görüşü zamanı çatdırıb.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Messi kimi, Roma Papası da argentinalıdır. O, müsahibələrində uşaq yaşlarından futbol azarkeşi olduğunu bildirib.