“İnter” və “Yuventus” xalları yarı böldü - VİDEO

01:40 25-10-2021 535

İtaliya A Seriyasında IX turun mərkəzi görüşü “İnter” və “Yuventus” komandaları arasında keçirilib.

Milanda baş tutmuş matç heç-heçə ilə yekunlaşıb - 1:1.

Hesabı 17-ci dəqiqədə meydan sahiblərindən Edin Ceko açıb.

89-cu dəqiqədə isə qonaq komandadan Paulo Dibala penaltini dəqiq yerinə yetirərək, bərabərlik qolunu vurub.

Bu nəticədən sonra “İnter” 18 xalla 3-cü, “Yuventus” 15 xalla 6-cı pillədə yer alıb.