İpoteka bazarında rekord göstərici - RƏSMİ

15:40 26-10-2021 604

Bu ilin 10 ayında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə illər üzrə ən yüksək məbləğdə və sayda ipoteka krediti verilib.

HerGun.Az-ın fonddan əldə etdiyi məlumata görə, cari ilin yanvar ayından bu günədək müvəkkil banklar tərəfindən 4 538 sayda 300 milyon manat məbləğində ipoteka kreditinin verilməsi təmin edilib. 

Ümumilikdə, 2006-cı ildən bu günədək fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 940 milyon manatı, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.