Ramos PSJ-nin heyətində debüt edə bilər

04:40 27-10-2021 457

PSJ-nin müdafiəçisi Serxio Ramos zədədən sonra yaşıl meydana qayıtmağa hazırdır.

İspaniyalı futbolçu Fransa çempionatının 12-ci turunda “Lil”ə qarşı oyunda debüt edə bilər. Futbolçu oktyabrın 29-da keçiriləcək qarşılaşmada meydana çıxmaq niyyətindədir. Ancaq PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun onu “Leypsiq”lə Çempionlar Liqası qarşılaşmasına saxlamasın da istisna olunmur.

Mənbə: Le Parisien