Depay penaltini vura bilmədi, “Barselona” yenə uduzdu - VİDEO

23:20 27-10-2021 505

Futbol üzrə İspaniya La Liqasında XI tura start verilib.

“Barselona” səfərdə “Rayo Valyekano”nun qonağı olub.

Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Radamel Falkao vurub.

Matçın 72-ci dəqiqəsində Memfis Depay penalti zərbəsindən yararlana bilməyib. 

Bu nəticədən sonra xallarını 19-a çatdıran “Rayo Valyekano” 5-ci pilləyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla 9-cu sırada qalıb.

Qeyd edək ki, “Barselona” ötən tur El Klasikoda “Real Madrid”ə 1:2 hesabı ilə məğlub olub.