Tuxelin batil inancının üstü açıldı: Uğur gətirməsi üçün bəyənmədiyi ayaqqabısını geyinibmiş

04:40 28-10-2021 432

“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo baş məşqçi Tomas Tuxelin Çempionlar Liqası finalından əvvəl uğurlu ayaqqabılarını geyindiyini açıqlayıb.

“Tuxelin kiçik bir sirri var. Kimsə ona ayaqqabı hədiyyə edib və onu Çempionlar Liqası finalı vaxtı geyinməsini istəyib. Ancaq ayaqqabıları heç bəyənməyib. Oyundan əvvəl soyunub-geyinmə otağında bizə dedi ki, ayaqqabıları geyinməyə məcburdur, çünki söz verib. O dedi ki, “bilmirəm neçə milyon insan məni bu ayaqqabılarda görəcək, ancaq birdən bizə qələbə qazanmağa kömək edər”.

Mənbə: AS