Gəncədə lisey tələbəsi bıçaqlanıb

21:20 28-10-2021 410

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 1 nömrəli Gəncə Peşə Liseyində qeydə alınıb.

Liseyin tələbəsi Samux rayonun Sərkar kənd sakini 2004-cü il təvəllüdlü Zeynal Məmmədov bud nahiyəsində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. 

İlkin məlumata görə 17 yaşlı Zeynal Məmmədov tələbə yoldaşı tərəfindən bıçaqlanıb.