Xavinin “Barsa”nın sükanı arxasında ilk matçı məlum oldu

23:40 28-10-2021 468

Xavinin “Barselona”nın baş məşqçisi kimi debut matçı məlum olub.

Bu barədə Kataloniya Radiosunun efirində jurnalist Ramon Salmurri bildirib.

Məlumata görə, ispaniyalı mütəxəssis noyabrın 6-da “Selta” ilə keçiriləcək LaLiqa qarşılaşmasında “Barsa”ya rəhbərlik edəcək.

Onun məşqçi korpusuna altı köməkçi daxil olacaq.

Mənbə: Sports.ru