Premyer Liqada “Zəfər turu” elan edildi - FOTO

14:00 29-10-2021 456

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur “Zəfər turu” elan olunub.

HerGun.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib.

Qeyd edək ki, 8 noyabr – 44 günlük Vətən müharibəsindəki qələbə ilə əlaqədar Azərbaycanda “Zəfər Günü” elan edilib. Premyer Liqanın X turu isə 6-7 noyabrda gerçəkləşəcək.