Alleqriyə sərt tənqid: “O, futbolun dəyişdiyinin fərqinə varmayıb”

04:20 30-10-2021 467

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya mətbuatı tərəfindən sərt tənqid olunub.

“Ötən beş ildə yaxşı çalışan şeylər artıq yaxşı görünmür. “Yuventus” “Sassuolo”ya məğlub olmağa layiq deyildi, ancaq onlar necə qələbə qazanacaqlarını bilmirlər. Alleqri futbol dəyişdiyinin fərqinə varmayıb. Onun qəribə 4-4-2 taktikasında hansı məna var? Rabyo vinger oynaynır, Kyeza demək olar ki, yarımmüdafiənin mərkəzindədir, Lokatelli isə müdafiənin qarşısında təkdir”, - deyə Football Italia nəşri yazıb.

Qeyd edək ki, “Yuventus” 10 oyundan sonra İtaliya çempionatında 15 xalla yeddinci pillədə qərarlaşıb. Turin təmsilçisi liderdən 13 xal geri qalır.