Azərbaycanda bu gün mövsümün ilk mərkəzi futbol matçı olacaq

13:20 30-10-2021 455

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

HerGun.Az-ın xəbərinə görə, tur Zirə qəsəbəsində keçirilən görüşlə start götürəcək. Qəsəbənin eyni adlı klubu “Keşlə” ilə qarşılaşacaq.

Turun mərkəzi görüşü də məhz bu gün baş tutacaq. Belə ki, son illər çempionatda bir-birinə barışmaz rəqib olan “Qarabağ”la “Neftçi” cari mövsüm ilk dəfə üz-üzə gələcək.

Görüşü maraqlı edən məqam bu turadək hər iki komandanın xalının eyni – 17 olmasıdır. Heç-heçə “Qarabağ”ı top fərqinə görə lider saxlayacaq. Ancaq son çempion “Neftçi” cari mövsüm ilk dəfə turnir cədvəlinin lideri olmaq üçün mütləq qələbə qazanmalıdır.

Azərbaycan Premyer Liqası

IX tur

30 oktyabr

16:00 “Zirə” – “Keşlə”

Baş hakim: Rəşad Əhmədov

Bakı. Zirə İdman Kompleksinin stadionu

18:30 “Qarabağ” – “Neftçi”

Baş hakim: Əliyar Ağayev

Bakı. “Azersun Arena”

31 oktyabr

16:00 “Qəbələ” – “Sabah”

Baş hakim: Elçin Məsiyev

Qəbələ şəhər stadionu

18:15 “Sumqayıt” – “Səbail”

Baş hakim: Fərid Hacıyev

Sumqayıt. “Kapital Bank Arena”

Səbuhi Musayev