Avropada mərkəzi oyunlar: “Arsenal”, “Çelsi” “Real” qələbə qazandı, “Liverpul” xal itirdi - VİDEO

21:20 30-10-2021 497

Avropanın klub çempionatlarında növbəti turun mərkəz oyunları keçirilib.

İngiltərə Premyer Liqasında 10-cu turun oyunlarına start verilib. 

“Lester” doğma meydanda “Arsenal”la qarşılaşıb.

Oyun qonaqların qələbəsi ilə bitib - 0:2.

"Lester Siti" - "Arsenal" 0:2

Qollar: Qabriel, 5, Smit Rou, 18

 

“Çelsi” bu turda səfərdə “Nyukasl”ın qonağı olub.

Oyun “zadəganlar”ın inamlı qələbəsi ilə bitib.

“Nyukasl” – “Çelsi” 0:3

Qollar: Ceyms, 65, Ceyms, 77, Jorjinio, 81(penalti)

“Mançester Siti” isə “Kristal Pelas”a doğma meydanda 0:2 hesabı ilə uduzub.

“Mançester Siti” – “Kristal Pelas” 0:2

Qollar: Armel Zaha, 6, Qallaxer, 88

“Liverpul” isə doğma divarlar arasında “Brayton”a qalib gələ bilməyib.

Oyun 2:2-lik bərabərliklə yekunlaşıb.

“Liverpul” - “Brayton” - 2:2

Qollar: Xenderson, 4 (1:0), Mane, 24, (2:0), Mvepu, 41(2:1), Trossard, 65,(2:2)

İspaniyada La Liqasının 12-ci turunda isə “Real”(Madrid) səfərdə “Elçe”yə qalib gəlib.

“Elçe” - “Real”(Madrid) – 1:2

Qol: Vinisius Junior, 22 (0:1) , Vinisius Junior 73, (0:2), Milya, 86 (1:2)