Koronavirusa yoluxmuş Ed Şiran yeni albomunu buraxıb - FOTO

03:40 31-10-2021 484

Tanınmış britaniyalı müğənni Ed Şiran “Equals” adlı dördüncü solo albomunu buraxır. Bu barədə musiqiçi özünün “Instagram” səhifəsində məlumat verib.

Disk sənətçinin solo diskoqrafiyasında dördüncüsüdür.

“Bu, mənim ən çox bəyəndiyim albomdur, bununla elə fəxr edirəm ki…” -  deyə Şiran hisslərini bölüşüb.

O, albom üzərində əməyi keçən hər kəsə, eləcə də pərəstişkarlarına təşəkkür edib.

“Ümid edirəm ki, albomu siz də mənim kimi bəyənəcəksiniz”, - deyə müğənni əlavə edib.

Xatırladaq ki, oktyabrın 24-də Ed Şiran koronavirusa yoluxduğunu açıqlayıb. Buna baxmayaraq, o, planlaşdırılmış müsahibələr və konsertlər birbaşa evdən verməyə çalışacağına söz verib.

“Mən məyus etdiyim hər kəsdən üzr istəyirəm. Hamınıza təhlükəsizlik arzulayıram”, - deyə müğənni pərəstişkarlarına müraciətində bildirib.