Maykl Cekson səkkiz illik liderliyi əldə verdi

03:00 01-11-2021 457

Pop kralı Maykl Cekson artıq dünyanın ən çox qazanan mərhum məşhuru deyil.

Onu bu mövqedə “Çarli və şokolad fabriki” əsərilə tanınan britaniyalı yazıçı Roald Dahl əvəz edib.

İfaçının illik qazancı 75 ilyon dollar olub. O, bu göstəricilə üçüncü sırada qərarlaşıb.

1990-cı ildə 74 yaşında xərçəngdən vəfat edən yazıçının iliik qazancı isə 513 milyon dollara çatıb.

Reytinqdə ikinci pilləni 120 milyon dollarla müğənni Prins tutub.

Qeyd edək ki, Cekson 2013-2020-ci illər ərzində reytinqə başçılıq edib.

Mənbə: “Forbes”