Tofiq Musayev Tokioda “qisas almaq” istəyir

15:20 05-11-2021 440

Azərbaycanın parlaq MMA ulduzları – Tofiq Musayevlə Vüqar Kərəmov rinqə qayıdır.

HerGun.Az-ın xəbərinə görə, hər iki idmançı dekabrın 31-də Yaponiyanın paytaxtı Tokioda “Rizin” turniri çərçivəsində döyüşə çıxacaq.

“İstəyirəm ki, yüngül çəkidə kəmər üçün iyunda uduzduğum Roberto de Souza ilə revanş görüşünə çıxım. Əgər bu alınmasa, mənə yeni rəqib təyin olunacaq”.

Qeyd edək ki, hər iki MMA idmançımız sonuncu dəfə iyunun 13-də “Rizin-28” turnirində mübarizə aparıb. Tofiq Musayev braziliyalı Roberto de Souzaya, Vüqar Kərəmov isə yaponiyalı Yutaka Saitoya uduzub.

Səbuhi Musayev