Sumqayıtda dövlət qurumunun adı səhv yazılıb – FOTO

19:00 05-11-2021 406

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan qurumlardan birinin girişində quraşdırılmış lövhə, necə deyərlər, göz qamaşdırır. Belə ki, onun üzərindəki yazılar orijinal üslubu ilə deyil, orfoqrafiq səhvlərilə seçilir.

HerGun.Az xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. Foto Sumqayıt İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı kommunal sahəsinin inzibati binası önündə çəkilib.

Lövhənin üzərindəki “kommunal” sözləri “kammunal”, “istehsalat” sözü isə “istesalat” kimi qeyd olunub.